Şəmsi Bədəlbəyli (1911-1987)

Azərbaycanın tanınmış rejissoru, teatr rəhbəri Şəmsi Bədəlbəyli 1911-ci ildə Şuşada ziyalı ailəsində doğulub. Atası Bədəl bəy Bədəlbəyli, əmisi Əhməd Ağdamski (Bədəlbəyli) milli dram və musiqi teatrımızın dirçəlişində rol oynamışdır.

Bədəl bəy həm müəllimlik edir, həm də aktyor kimi səhnəyə çıxır, operetta, opera və dram əsərlərinin tamaşalarında oynayırdı. Orta məktəbi bitirəndən sonra o, atasının yolu ilə gedərək Bakı Pedaqoji Texnikumunda təhsil alıb.

Tələbə vaxtı həvəskar aktyor kimi tamaşalarda oynayan Şəmsi Bədəlbəyli 1927-ci ildə  Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri sinifinə daxil olub. Tələbə olarkən Milli Dram Teatrının kiçik orkestrində tar çalıb. Yaş fərqlərinə baxmayaraq, burada dramaturq Cəfər Cabbarlı, aktyor-rejissor İsmayıl Hidayətzadə ilə, rejissor Aleksandr Tuqanovla dostluq edib. 1932-ci ildə rejissor assistenti kimi bir neçə tamaşanın hazırlıq prosesində iştirak edib.

Onun sənət qabiliyyətini nəzərə alan Xalq Maarif Komissarlığı 1933-cü ildə Moskvaya təhsil və təcrübə almağa göndərib. Rejissorun sənət müəllimləri böyük sənətkarlar Kote Marcanaşvili və Aleksey Popov olub. Moskvadakı Malı Teatrda tamaşaya hazırlanan Fridrix Şillerin "Don Karlos" tamaşasında rejissor assistenti kimi çalışıb. Təhsilin başa vurub Bakıya qayıdan Şəmsi Bədəlbəyli Akademik Milli Dram Teatrının rejissor heyətinə işə götürülüb və 1941-ci ilə qədər bu kollektivdə çalışıb. Daha sonralar "Gənc işçi" qəzetində işləyən, teatrşünas kimi də fəaliyyət göstərən Şəmsi Bədəlbəyli "Vətən yolunda" qəzetinin əməkdaşı kimi İranın Təbriz şəhərinə ezam edilib.

Qəzetdə mədəniyyət mövzusunda məqalələr yazan Bədəlbəylinin Təbrizdə teatr həvəskarları ilə Üzeyir bəyin "Arşın mal alan", Zülfüqar Hacıbəylinin "Əlli yaşında cavan" operettalarını tamaşaya hazırlayıb. Şəmsi Bədəlbəylinin tamaşaları əlvan cazibədarlığı, koloritli forma həlli, həssas musiqi duyumu, aktyor ansamblı ilə səciyyəvi idi.

Diger Tarixi şexsiyyetler
PƏNAHƏLİ XAN (1693-1763) PƏNAHƏLİ XAN (1693-1763)

Qarabağ xanlığının banisi, Pənahəli xan Cavanşir Qarabağın məşhur Cavanşir nəslindən idi

Hamısını Oxu
Qasım bəy Zakir (1784-1857) Qasım bəy Zakir (1784-1857)

Hamısını Oxu
MOLLA PƏNAH VAQİF (1717-1797) MOLLA PƏNAH VAQİF (1717-1797)

Vaqif 1717-ci ildə Qazax yaxınlığındakı Salahlı kəndində anadan olmuşdur. 1759-cu ildə Qarabağ xanlığına köçməli olurlar. Pənah yaxşı təhsil görmüşdü. O, fars və ərəb dillərində yaxşı danışır, astronomiya, riyaziyyat, musiqi və poetika üzrə geniş biliyə malik idi. Qarabağa gəldikdən az sonra Vaqif Tərtərbasardan Şuşaya köçür və burada məktəb açır. Vaqif yaradıcılığında "Badi-səba, bir xəbər ver könlümə", "Namə gedər olsan yarın kuyinə", "Bayram oldu", "Gözlərin cəlladdır, baxışın yağı", "Durnalar", "Heyran olmuşam" və s. şeirləri xüsusi yer tutur. Vaqifin ölümündən sonra şeirlərinin əlyazmaları məhv və talan edilmişdir. Buna baxmayaraq, aşıq poeziyası ilə bağlı yazdığı bir sıra şeirlər qorunub saxlanılır və bəzi insanlar əsərlərini oxuya bilirlər. Azərbaycan Yazıçılar Birliyi və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində onlarla əl yazmasına rast gəlmək olar. 1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdir. Onun göstərişi ilə məzar tapılmış və Əliyev yaxşı vəziyyətdə olmayan dağılmış məzarı ziyarət etmişdir. O, nitqlərinin birində gördüyü "bu məzarın Vaqifə layiq olmadığını" səsləndirmişdir. Sonralar Ulu Öndər Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üzərində 1980-81-ci illərdə abidə və türbə tikildi. 1982-ci ilin yanvar ayında Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin təntənəli açılışı oldu. 1992-ci ilin may ayının 8-də bu məqbərə erməni işğalçıları tərəfindən dağıdılmışdır. Molla Pənah Vaqifin muzey məqbərə kompleksinin inşasına memar A. V. Salamzadə və E.İ Kanukovun layihəsi əsasında 1977-ci ildə başlanılmışdır. Kompleks Şuşa şəhərinin görkəmli yeri olan Cıdır düzünə yaxın bir ərazidə şairin məzarı üstündə inşa edilmişdir. Burada M. P. Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid olan 80-ə yaxın eksponatda sərgilənirdi. 1982-ci ildə Heydər Əliyev Şuşada şairin məqbərəsi ilə yanaşı, eyni zamanda Şuşa Poeziya Evinin də açılışında və orada keçirilən "Vaqif poeziya günləri"-ndə iştirak etmişdir. Həmin tarixdən etibarən hər il avqust ayında "Vaqif poeziya günləri" keçirilir. 2016–2017-ci illərdə YUNESKO-nun yubileylər proqramı çərçivəsində "2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı"-na daxil edilmişdir. 12 yanvar 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. 8 noyabr 2021-ci ildə Şuşa işğaldan azad edildikdən sonra avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Şuşada Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub. Vaqif Poeziya Günləri Heydər Əliyev Fondu tərəfindən 2021-ci il avqust ayının 30-da şairin doğma şəhərində yenidən təşkil olunub.

Hamısını Oxu
Xurşidbanu Natəvan (1832-1897) Xurşidbanu Natəvan (1832-1897)

Hamısını Oxu
Mir Möhsün Nəvvab (1833-1918) Mir Möhsün Nəvvab (1833-1918)

Mir Möhsün Nəvvab 1833-cü ildə Şuşada Hacı Seyid Əhmədin ailəsində doğulmuş və bütün ömrü boyu doğma şəhərindən kənara çıxmamışdır.

Hamısını Oxu
Cabbar Qaryağdıoğlu (1861-1944) Cabbar Qaryağdıoğlu (1861-1944)

Hamısını Oxu
Firudin bəy Köçərli (1863- 1920) Firudin bəy Köçərli (1863- 1920)

Hamısını Oxu
Əhməd bəy Ağaoğlu (1869- 1939) Əhməd bəy Ağaoğlu (1869- 1939)

Hamısını Oxu
Üzeyir Hacıbəyov (1885-1948) Üzeyir Hacıbəyov (1885-1948)

Hamısını Oxu
Yusif Vəzir Çəmənzəminli (1887- 1943) Yusif Vəzir Çəmənzəminli (1887- 1943)

Hamısını Oxu
Murtuza Məmmədov/Bülbül (1897-1961) Murtuza Məmmədov/Bülbül (1897-1961)

Hamısını Oxu
Xan Şuşinski (1901-1979) Xan Şuşinski (1901-1979)

Hamısını Oxu
Niyazi (1912-1984) Niyazi (1912-1984)

Hamısını Oxu
Rəşid Behbudov (1915-1989) Rəşid Behbudov (1915-1989)

Hamısını Oxu
Soltan Hacıbəyov (1919-1974) Soltan Hacıbəyov (1919-1974)

Hamısını Oxu