Üzeyir Hacıbəyov (1885-1948)

Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov -dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti (1938), Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929,1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948) olmuşdur.

Hacıbəyovun 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur. Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşidbanu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında yazmışdır.

O, "Leyli və Məcnun"dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirmişdir.

Hacıbəyov həm də böyük musiqişünas alim idi. O, müasir Azərbaycan elmi musiqişünaslığının əsasını qoymuş, musiqiyə dair çoxlu məqalələr yazmış, tədqiqatlar aparmışdır.
Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. dillərə tərcümə edilmişdir.
 

Digər tarixi şəxsiyyətlər
PƏNAHƏLİ XAN (1693-1763) PƏNAHƏLİ XAN (1693-1763)

Qarabağ xanlığının banisi, Pənahəli xan Cavanşir Qarabağın məşhur Cavanşir nəslindən idi

Hamısını Oxu
Qasım bəy Zakir (1784-1857) Qasım bəy Zakir (1784-1857)

Hamısını Oxu
MOLLA PƏNAH VAQİF (1717-1797) MOLLA PƏNAH VAQİF (1717-1797)

Vaqif 1717-ci ildə Qazax yaxınlığındakı Salahlı kəndində anadan olmuşdur. 1759-cu ildə Qarabağ xanlığına köçməli olurlar. Pənah yaxşı təhsil görmüşdü. O, fars və ərəb dillərində yaxşı danışır, astronomiya, riyaziyyat, musiqi və poetika üzrə geniş biliyə malik idi. Qarabağa gəldikdən az sonra Vaqif Tərtərbasardan Şuşaya köçür və burada məktəb açır. Vaqif yaradıcılığında "Badi-səba, bir xəbər ver könlümə", "Namə gedər olsan yarın kuyinə", "Bayram oldu", "Gözlərin cəlladdır, baxışın yağı", "Durnalar", "Heyran olmuşam" və s. şeirləri xüsusi yer tutur. Vaqifin ölümündən sonra şeirlərinin əlyazmaları məhv və talan edilmişdir. Buna baxmayaraq, aşıq poeziyası ilə bağlı yazdığı bir sıra şeirlər qorunub saxlanılır və bəzi insanlar əsərlərini oxuya bilirlər. Azərbaycan Yazıçılar Birliyi və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində onlarla əl yazmasına rast gəlmək olar. 1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdir. Onun göstərişi ilə məzar tapılmış və Əliyev yaxşı vəziyyətdə olmayan dağılmış məzarı ziyarət etmişdir. O, nitqlərinin birində gördüyü "bu məzarın Vaqifə layiq olmadığını" səsləndirmişdir. Sonralar Ulu Öndər Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üzərində 1980-81-ci illərdə abidə və türbə tikildi. 1982-ci ilin yanvar ayında Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin təntənəli açılışı oldu. 1992-ci ilin may ayının 8-də bu məqbərə erməni işğalçıları tərəfindən dağıdılmışdır. Molla Pənah Vaqifin muzey məqbərə kompleksinin inşasına memar A. V. Salamzadə və E.İ Kanukovun layihəsi əsasında 1977-ci ildə başlanılmışdır. Kompleks Şuşa şəhərinin görkəmli yeri olan Cıdır düzünə yaxın bir ərazidə şairin məzarı üstündə inşa edilmişdir. Burada M. P. Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid olan 80-ə yaxın eksponatda sərgilənirdi. 1982-ci ildə Heydər Əliyev Şuşada şairin məqbərəsi ilə yanaşı, eyni zamanda Şuşa Poeziya Evinin də açılışında və orada keçirilən "Vaqif poeziya günləri"-ndə iştirak etmişdir. Həmin tarixdən etibarən hər il avqust ayında "Vaqif poeziya günləri" keçirilir. 2016–2017-ci illərdə YUNESKO-nun yubileylər proqramı çərçivəsində "2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı"-na daxil edilmişdir. 12 yanvar 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. 8 noyabr 2021-ci ildə Şuşa işğaldan azad edildikdən sonra avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Şuşada Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub. Vaqif Poeziya Günləri Heydər Əliyev Fondu tərəfindən 2021-ci il avqust ayının 30-da şairin doğma şəhərində yenidən təşkil olunub.

Hamısını Oxu
Xurşidbanu Natəvan (1832-1897) Xurşidbanu Natəvan (1832-1897)

Hamısını Oxu
Mir Möhsün Nəvvab (1833-1918) Mir Möhsün Nəvvab (1833-1918)

Mir Möhsün Nəvvab 1833-cü ildə Şuşada Hacı Seyid Əhmədin ailəsində doğulmuş və bütün ömrü boyu doğma şəhərindən kənara çıxmamışdır.

Hamısını Oxu
Cabbar Qaryağdıoğlu (1861-1944) Cabbar Qaryağdıoğlu (1861-1944)

Hamısını Oxu
Firudin bəy Köçərli (1863- 1920) Firudin bəy Köçərli (1863- 1920)

Hamısını Oxu
Əhməd bəy Ağaoğlu (1869- 1939) Əhməd bəy Ağaoğlu (1869- 1939)

Hamısını Oxu
Yusif Vəzir Çəmənzəminli (1887- 1943) Yusif Vəzir Çəmənzəminli (1887- 1943)

Hamısını Oxu
Murtuza Məmmədov/Bülbül (1897-1961) Murtuza Məmmədov/Bülbül (1897-1961)

Hamısını Oxu
Xan Şuşinski (1901-1979) Xan Şuşinski (1901-1979)

Hamısını Oxu
Şəmsi Bədəlbəyli (1911-1987) Şəmsi Bədəlbəyli (1911-1987)

Hamısını Oxu
Niyazi (1912-1984) Niyazi (1912-1984)

Hamısını Oxu
Rəşid Behbudov (1915-1989) Rəşid Behbudov (1915-1989)

Hamısını Oxu
Soltan Hacıbəyov (1919-1974) Soltan Hacıbəyov (1919-1974)

Hamısını Oxu